Xəbərlər

Yaponiya və Böyük Britaniya ABŞ ilə ticarət sahəsində əməkdaşlığı planlaşdırır

“Yaponiya və Böyük Britaniya iqtisadi məsələlər üzrə məsləhətləşmələr üçün yeni formata başlamaq niyyətindədirlər, həmçinin onlar yeni seçilmiş ABŞ Prezidenti Donald Trampın rəhbərliyi altında ABŞ-ın yeni Administrasiyası ilə ticarət sahəsində əməkdaşlıq edəcəklər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Nikkei” qəzeti məlumat yayıb.

“Tokio və London arasında danışıqlar xarici siyasət və iqtisadi idarələrin rəhbərlərinin iştirakı ilə “2+2” formatında aparılacaq. Tərəflər proteksionist təcrübələrlə pozulan dünya iqtisadi nizamını bərpa etməyi gözləyirlər. Bu məsələ Yaponiyanın Baş naziri Şiqeru İşiba ilə britaniyalı həmkarı Keir Starmer arasında Rio-de-Janeyroda keçiriləcək “Böyük iyirmilik” (G20) sammiti çərçivəsində baş tutacaq. Böyük Britaniya ABŞ ilə birlikdə Yaponiyanın “2+2″ iqtisadi dialoq formatına malik olduğu ikinci ölkə olacaq”, – məlumatda bildirilib.