BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Qəzza zolağındakı infrastrukturunun üçdə ikisindən çoxu döyüşlər zamanı zədələnib və ya məhv edilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə UNRWA-nın komissarı Filip Lazzarini “X” səhifəsində qeyd edib.
“UNRWA Qəzzada müharibənin qurbanına çevrildi. Agentliyin ən azı 243 əməkdaşı öldürüldü, digərləri saxlanıldı və işgəncələrə məruz qaldı. UNRWA obyektlərinin üçdə ikisindən çoxu zədələndi və ya dağıdıldı. İsrail qüvvələri UNRWA-nın binalarından hərbi məqsədlər üçün istifadə edildiyini iddia edib. Mən obyektlərimizin bu cür istifadəsini qətiyyətlə pisləyirəm”, – Lazzarini əlavə edib.