Xəbərlər

KİV: Çin ABŞ-la ticari qarıdurmanın artması halında əks tədbirlər hazırlayıb

Çin Donald Trampın yeni administrasiyası çərçivəsində ABŞ-la ticarət qarşıdurmasının artması halında Amerika şirkətlərinə qarşı güclü əks-tədbirlər hazırlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Financial Times” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Pekin Ağ Evin Trampın prezidentliyinin birinci müddətində investisiyalara nəzarətin sərtləşdirilməsi və Çin şirkətlərinə sanksiyalarla bağlı qəti addımlara hazır deyildi. Bununla belə, son səkkiz il ərzində Çin bu kimi addımlara qarşı ciddi hazırlıqlar görüb.