Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris prezident seçkilərində məğlub olmasına baxmayaraq, Birləşmiş Ştatların gələcəyi üçün mübarizəni davam etdirəcəyinə söz verib.
“Füyuzat”ın məlumatına görə, bunu Kamala Harris jurnalistlərə deyib.
“Biz bu mübarizəni seçki məntəqələrində, məhkəmələrdə və ictimai meydanda davam etdirəcəyik və bunu daha sakit yollarla aparacağıq. İndi təşkilatlanmanın, səfərbərliyin və azadlıq uğrunda mübarizənin vaxtıdır”, – Harris bildirib.