Polis Amsterdamın mərkəzindəki Dam meydanında Fələstin tərəfdarlarının razılaşdırılmamış nümayişində iştirak edən 281 nəfəri saxlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.
“Yerli vaxtla saat 18:00-da bir qrup nümayişçi meydana toplaşıb. Polis hadisə yerinə gəlib və bir neçə dəfə etirazçılardan Amsterdam hakimiyyətinin daha əvvəl nümayişlərə qadağa qoyması səbəbindən şəhərin mərkəzini tərk etmələrini istəyib. Lakin 200-dən çox insan hüquq-mühafizə orqanlarının əməkdaşlarının tələblərinə tabe olmayıb və Dam meydanında qalıb”, – məlumatda bildirilib.