ABŞ-ın 80-dən çox demokrat qanunvericisi ABŞ-ın hazırkı Prezidenti Co Bayden Administrasiyasını İsrailin daxili təhlükəsizlik naziri İtamar Ben Qvir və maliyyə naziri Bezalel Smotriçə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Axios” portalı məlumat yayıb.
Verilən məlumata görə, oktyabrın sonunda ABŞ Konqresinin Nümayəndələr Palatasının 17 senatoru və 71 üzvü Baydenə və ABŞ dövlət katibi Entoni Blinkenə müvafiq məktub göndərib. Onlar Ben Qvir və Smotriçi İordan çayının qərb sahilindəki israilli məskunlaşanları Fələstin əhalisinə qarşı zorakılıq törətməyə təhrik etməkdə ittiham ediblər.