Xəbərlər

Çin: Latın Amerikasında yeni dəniz dəhlizinin yaradılmasına hazırıq

“Çin Latın Amerikası ölkələrinə yeni dəniz və quru nəqliyyat dəhlizinin inkişafı üçün yardım etməyə hazırdır”.

“Füyuzat”ın məlumatına görə, bunu Çin Prezidenti Si Cinpin deyib.

“Çin Chancai limanından başlayacaq və Çini Latın Amerikası ilə birləşdirəcək yeni quru və dəniz dəhlizi yaratmaq üçün Peru ilə əməkdaşlığa hazırdır”, – Prezident vurğulayıb.

Qeyd edək ki, Çin lideri bunu “Bir kəmər, bir yol” təşəbbüsünün növbəti uğurlu layihəsi adlandırıb.