“Çin hakimiyyəti Latın Amerikası ölkələri ilə, o cümlədən Peru ilə birgə səylər vasitəsilə əməkdaşlığın keyfiyyətinin yüksəldilməsini zəruri hesab edir”.
“Füyuzat”ın məlumatına görə, bunu Çin Prezidenti Si Cinpin deyib.
“Çin və Peru istehsal və təchizat zəncirlərinin inteqrasiyasını təşviq etməli, Çin və Latın Amerikası arasında praqmatik əməkdaşlığın keyfiyyətini artırmalıdır. Biz Peru ilə ikitərəfli əməkdaşlığın uğurlu təcrübəsinin ümumiləşdirilməsini, ticarət və investisiya sahələrində əlaqələrin gücləndirilməsini, həm ənənəvi, həm də yeni sənaye sahələrində qarşılıqlı əlaqənin artırılmasını zəruri hesab edirik. Çin Peru ilə hərtərəfli strateji tərəfdaşlığını yeni səviyyəyə qaldırmağa hazırdır”, – Cinpin qeyd edib.