Xəbərlər

ABŞ, Cənubi Koreya və Yaponiya liderləri üçtərəfli təlimləri müzakirə edəcəklər

“ABŞ, Koreya Respublikası və Yaponiya liderləri cümə günü Limada keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində üçtərəfli görüşdə birgə hərbi təlimlərin artırılmasını müzakirə edəcəklər”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

“Üçtərəfli təlimlərlə bağlı biz ilk ciddi üçtərəfli görüşlər keçirdik. İndi isə bu görüşdə üçtərəfli təlimlərin necə qurulması müzakirə ediləcək. Biz texnologiyanın inkişafının qorunması, təchizat zəncirlərinin şaxələndirilməsi, raket buraxılışları ilə bağlı xəbərdarlıq və raket buraxılışları ilə bağlı məlumatların paylaşılmasında irəliləyiş əldə etdik. Sabah bütün bu sahələrdə irəliləyiş görəcəyimizi gözləyirik”, – Sallivan qeyd edib.