BMT baş katibinin sülhməramlı əməliyyatlar üzrə müavini Jan-Pyer Lakroa İsrailə səfər edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail Xarici İşlər Nazirliyinin (XİN) BMT və beynəlxalq təşkilatlar departamentinin rəis müavini Əmir Veysbrod məlumat yayıb.
“Bu gün İsrail Müdafiə Qüvvələri və XİN Jan-Pyer Lakroanı İsrail-Livan sərhədində qəbul edib. BMT baş katibinin müavininə Livanın cənubunda aşkar edilmiş silahlar və terror infrastrukturu obyektləri göstərilib. Lakroa İsrailin sərhəd yaxınlığında yerləşən və döyüşlər nəticəsində zərər çəkmiş Metula kəndinə də baş çəkib”, – Veysbrod qeyd edib.