Yaponiyanın xarici işlər naziri Takesi İvaya Ukraynaya səfər edəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“Xarici işlər naziri Ukraynaya səfəri zamanı şəxsən Yaponiyanın Ukraynanı qətiyyətlə dəstəkləmək və Rusiyaya qarşı sərt sanksiyaları təşviq etmək niyyətini çatdıracaq. İvaya Kiyevdə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə danışıqlar aparacaq və bu danışıqlar zamanı tərəflər geniş spektrli məsələləri müzakirə edəcəklər”, – məlumatda qeyd olunub.