Xəbərlər

ABŞ Cənubi Koreya və Yaponiya ilə nüvə silahından çəkindirmə sahəsində əməkdaşlığı gücləndirəcək

“Birləşmiş Ştatlar potensial düşmənin törədə biləcəyi nüvə təhlükəsinin qarşısının alınması üzrə Koreya Respublikası və Yaponiya ilə əməkdaşlığı gücləndirmək niyyətindədir”

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ-ın hazırkı Prezidenti Co Bayden, Cənubi Koreya Prezidenti Yun Seok Yeol, eləcə də Yaponiyanın Baş naziri Şiqeru İşiba APEC-in Lima sammiti çərçivəsində qəbul edilmiş birgə yazılı bəyənatda məlumat yayıb.

“Bayden ABŞ-ın Koreya Respublikası və Yaponiyanın müdafiəsi ilə bağlı öhdəliyinin sarsılmaz olduğunu bir daha təkrarlayır və Amerikanın nüvə silahından çəkindirmə üzrə əməkdaşlığı gücləndirmək öhdəliyini bir daha təsdiqləyir”, – bəyənatda qeyd olunub.

Bundan əlavə, tərəflər BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə sadiq olduqlarını bəyan ediblər.