Xəbərlər

Cinpin: Yaponiya ikitərəfli münasibətlərin vektorunu başa düşəcək

“Çin Xalq Respublikası (ÇXR) rəsmi Tokionun Çin-Yaponiya münasibətlərinin istiqamətini düzgün başa düşməsinə ümid edir”.

“Füyuzat”ın məlumatına görə, bunu Limada keçirilən APEC sammiti çərçivəsində Yaponiyanın Baş naziri Şiqeru İşiba ilə görüşündə Çin Prezidenti Si Cinpin deyib.

“Ümid edilir ki, Yaponiya Çinlə düzgün qarşılıqlı anlaşma yaratmaq, strateji və ümumi nöqteyi-nəzərdən ikitərəfli münasibətlərin düzgün istiqamətini müəyyən etmək, hər iki tərəfin əldə etdiyi mühüm siyasi konsensusu konkret siyasi addımlara və hərəkətlərə çevirmək üçün çalışacaq. Çin və Yaponiya Tayvan kimi tarixi və digər mühüm fundamental məsələləri düzgün həll edə, fikir ayrılıqlarını konstruktiv şəkildə aradan qaldıra və ikitərəfli münasibətlərin siyasi təməlini qoruya bilər”, – Prezident vurğulayıb.