İsrail qüvvələrinin blokadada olan Qəzzanın müxtəlif ərazilərini atəşə tutması və bombalaması nəticəsində son 24 saat ərzində anklavda azı 35 nəfər həlak olub, 111 nəfər isə yaralanıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Bundan əlavə, 7 oktyabr 2023-cü ildən bu günə qədər İsrail ordusunun hücumları nəticəsində Qəzzada ölənlərin sayı 43 min 799-a, yaralananların sayı isə 103 min 601-ə çatıb.