Xəbərlər

Lukaşenko: Belarus ərzaq ixracını ildə 10 milyard dollara çatdıracaq

Belarus Prezidenti Aleksandr Lukaşenko belarusların Qərbdə xoş qarşılanmaması fonunda Asiya və Afrika bazarlarına diqqət yetirməklə, ildə 10 milyard dollarlıq ərzaq ixracına nail olmağın vacibliyini bəyan edib.

“Füyuzat”ın məlumatına görə, bunu Lukaşenko çıxışı zamanı deyib.

“Bu il ixracdan 8-9 milyard dollar gəlir əldə edə bilərik, bizə 10 milyard dollar lazımdır, biz bu səviyyəyə yaxın 5 ildə yaxınlaşmalıyıq. Məqsədimiz yeni bazarlara diqqət yetirməklə ildə ən azı 10 milyard dollar ixrac etməkdir. Yeni bazarlar Asiya və Afrikadır. Çin bizə bazarlarını açdı. Rusiya ilə əlaqələrimiz və yaxşı münasibətlərimiz var. Yüksək nəticəli iş üçün bizə ağır iş, tər və masimum səy lazımdır”, – Prezident vurğulayıb.