Cənubi Afrika Respublikası İsrailin Suriya paytaxtının ətraf ərazilərinə, Cənubi Afrika səfirliyinin binasına yaxın ərazidə baş verən zərbəsini pisləyib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Cənubi Afrika Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Cənubi Afrika hökuməti İsrailin Suriyaya qarşı davam edən təcavüz aktlarını ən sərt şəkildə qınayır”, – məlumatda qeyd olunub.