Xəbərlər

Yaponiyanın müdafiə naziri Seula səfər etməyi planlaşdırır

“Yaponiyanın müdafiə naziri Gen Nakatani dekabrın sonunda Yaponiya hərbi idarəsi rəhbərlərinin son 9 ildə getmədiyi Seula səfər etməyi planlaşdırır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Kyodo” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilib ki, müdafiə nazirinin Cənubi Koreyaya səfəri Seul və Tokio arasında münasibətlərin əhəmiyyətli dərəcədə yaxşılaşmasının növbəti əlaməti olacaq.