“Ukrayna böhranının kəskinləşməsinə görə məsuliyyət ABŞ və digər Qərb ölkələrinin üzərinə düşür”.
“Füyuzat”ın məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmail Bəqayi deyib.
“Biz heç vaxt Ukrayna münaqişəsinin tərəfi olmamışıq, münaqişənin sülh yolu ilə, diplomatik danışıqlar vasitəsilə həllində israrlıyıq. Biz tərəfləri münaqişəni daha da kəskinləşdirən hərəkətlərdən çəkinməyə çağırırıq”, – Bəqayi qeyd edib.