“Ukrayna öz raketlərinin, o cümlədən uzaq mənzilli “Neptun” idarəolunan raketlərinin və “Palyanitsa” pilotsuz uçuş vasitələrinin (PUA) istehsalını artırmağa çalışır”.
“Füyuzat”ın məlumatına görə, bunu Ukraynanın müdafiə naziri Rustem Umerov deyib.
“Bu gün biz Ukrayna raketlərinin istehsalını artırırıq. Artıq bu il “R-360 Neptun” qanadlı raketlərinin seriyalı istehsalı genişləndirilib və hədəfləri vurmaq üçün təkmilləşdirilib. Yeni PUA-lar da hazırlanır, xüsusən də “Palyanitsa”. Biz bu istiqamətdə xarici tərəfdaşlarla işləyirik”, – nazir vurğulayıb.