Xəbərlər

İşiba: Mən Trampla qarşıdurma niyyətində deyiləm

Yaponiyanın yeni Baş naziri Şiqeru İşiba ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın gələcək administrasiyası ilə qarşıdurmaya girmək niyyətində olmadığını bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İşiba G20 sammitinin yekunlarına dair mətbuat konfransında deyib.

“Qarşıdurma mövqeyi tutmaq əvəzinə, Donald Trampa Yaponiya-ABŞ əməkdaşlığının həm Yaponiyanın, həm də ABŞ-ın milli maraqlarına xidmət edəcəyini, həmçinin Hind-Sakit Okean regionunda sabitliyin qorunmasına kömək edəcəyini izah etmək üçün səy göstərmək istəyirəm. Yaponiya tərəfi Vaşinqtonla əməkdaşlıq əlaqələrinin qurulmasına çalışacaq, yeni Amerika administrasiyasının addımlarını diqqətlə izləyəcək”, – Baş nazir vurğulayıb.