“Avstraliya 2022-ci il fevralın 22-dən bağlanmış Kiyevdəki səfirliyini yenidən açmaq niyyətindədir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Avstraliyanın Baş nazirin müavini Riçard Marles deyib.
“Avstraliya Ukraynadakı səfirliyini yenidən açmaq istəyir, lakin diplomatik personalın təhlükəsizliyinin təmin edilməsi üzrə işlər hələ tamamlanmayıb. Biz müharibə bölgəsində bina aça biləcəyimizə və səfirlikdəki hər kəs üçün təhlükəsiz olacağına əmin olmalıyıq. Avstraliya hakimiyyəti Ukrayna hökuməti ilə sıx əməkdaşlıq edir və münaqişə zamanı onu dəstəkləyir. Biz Kiyevdə səfirliyin açılması məsələsində Ukrayna tərəfi ilə işləməyə davam edəcəyik və bütün riskləri və təhlükələri qiymətləndirəcəyik”, – Marles əlavə edib.