Xəbərlər

İspaniyanın Kiyevdəki səfirliyi bağlanıb

İspaniyanın Kiyevdəki səfirliyi mümkün təhlükəsizlik təhdidləri səbəbindən gün ərzində xidmət göstərməyəcəyini açıqlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “EFE” agentliyi məlumat yayıb.

Səfirlik ispanlara təhlükəsizlik tədbirlərini gücləndirməyi, həmçinin yerli hakimiyyətin bütün tövsiyələrini yerinə yetirməyi və sığınacaq yeri barədə təsəvvürə malik olmağı tövsiyə edib.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Kiyevdəki səfirliyinin bağlanması barədə də məlumat yayılıb.