“ABŞ-ın nüvə silahı siyasəti qlobal strateji tarazlığı əhəmiyyətli dərəcədə pozdu”.
“Füyuzat”ın məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Lin Cian brifinqdə deyib.
“Son illərdə ABŞ milli təhlükəsizlik siyasətində nüvə silahının rolunu artırıb. Birləşmiş Ştatlar qlobal strateji tarazlığı və sabitliyi ciddi şəkildə pozub, hərbi rəqabəti və qarşıdurmanı gücləndirib, nüvə risklərinin artmasına töhfə verib”, – nümayəndə vurğulayıb.