“Avropa İttifaqı (Aİ) və NATO ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yanvarda vəzifəyə başlamasından sonra ona qarşı birgə mübarizə aparmaq üçün əməkdaşlığı gücləndirəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Le Monde” qəzeti adı açıqlanmayan diplomata istinadən məlumat yayıb.
“Aİ və NATO artıq geriyə baxmaq istəmir, təhlükəsizliyi gücləndirmək üçün birlik və əməkdaşlıq imici yaratmağa çalışır. Aİ və NATO hərbi mobillik, texnikaların hərəkəti üçün körpülərin və tunellərin möhkəmləndirilməsi, həmçinin kibertəhlükə və təxribatla mübarizə səylərinin gücləndirilməsi kimi məsələlərə yeni təkan vermək niyyətindədir”, – məlumatda bildirilib.