Xəbərlər

Ağ Ev işləri Trampın komandasına təhvil verməyə hazırdır

“ABŞ-ın hazırkı prezidenti Co Baydenin administrasiyası işləri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandasına ötürməyə hazırdır”.

“Füyuzat”ın məlumatına görə, bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer deyib.

“Biz uğurlu və effektiv keçidi təmin etmək üçün Trampın komandası ilə əlaqə saxlamağa davam edirik. Bu qarşılıqlı əlaqələrdə, şübhəsiz ki, Ağ Evin və Bayden administrasiyanın dəstək, xidmət və məlumat əldə etmək öhdəliyini vurğulayırıq”, – Jan-Pyer vurğulayıb.