Xəbərlər

Bayden: BCM-in Netanyahu haqqında həbs qərarı biabırçılıqdır

“Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İsrail liderləri üçün həbs qərarı verməsi biabırçılıqdır”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ Prezidenti Co Bayden yazılı açıqlamasında bildirib.

“İsrail və HƏMAS bərabər deyil. Biz İsrailin təhlükəsizliyinə yönələn təhdidlərə qarşı hər zaman Təl-Əvivin yanında olacağıq”, – prezident əlavə edib.

Qeyd edək ki, BCM dünən Netanyahu və Qallantın Qəzzada törədilmiş müharibə və insanlığa qarşı cinayətlərə görə həbsinə order verib.