“Dünya üçüncü dünya müharibəsinin astanasındadır”.
“Füyuzat”ın məlumatına görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
“Biz son vaxtlar çox danışırıq ki, Allah eləsin, üçüncü dünya müharibəsi başlamasın. Bu dəhşətli hadisənin ərəfəsindəyik. Amma şükürlər olsun ki, bəşəriyyət hələ də üçüncü dünya müharibəsinə qərq olmayıb.
İndi həqiqi informasiya müharibəsi gedir, informasiya dünyanı idarə edir”, – prezident vurğulayıb.