Xəbərlər

ÜST: Livandakı xəstəxanaların təxminən 10%-i fəaliyyətini dayandırıb

Livanda hər on xəstəxanadan biri İsraillə Hizbullah hərəkatı arasında gedən döyüşlər səbəbindən bağlanmaq məcburiyyətində qalıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Livandakı nümayəndəliyi məlumat yayıb.

“Bu gün ölkənin səhiyyə sistemi həddindən artıq təzyiq altındadır, 153 xəstəxanadan 15-i ya bağlanıb, ya da qismən işləyir. Regiondan asılı olaraq fərqləndiyindən bəzi ərazilərdə vəziyyət daha da ağırdır. Livanın 8 qubernatorundan biri olan Nabatiyeh xəstəxana çarpayılarının təxminən 40%-ni itirib”, – hesabatda bildirilib.