Xəbərlər

Tbilisidə müxalifətin seçkinin nəticələrinə qarşı mitinqi başlayıb

Oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrinə qarşı Tbilisinin Respublika meydanında müxalifət partiyalarının nümayəndələri, onların tərəfdarları, eləcə də vətəndaş fəalları mitinq keçirirlər.

“Füyuzat”ın məlumatına görə, nümayişçilərin əsas hissəsi Respublika meydanına toplaşıb, qalanları isə paytaxtın müxtəlif yerlərindən yürüş təşkil edərək onlara qoşulublar.

Mitinqdə Tbilisiyə xüsusi avtomobillə gələn rayon sakinləri də iştirak edir.

Etirazçılar deputatların seçkilərdən sonra yaradılmış 11-ci çağırış parlamentin bazar ertəsi ilk iclasını keçirməsinə mane olmaq üçün parlament binası yaxınlığında gecələməyi planlaşdırır.