Xəbərlər

Rusiya: Ermənistanın Avrasiyada təhlükəsizlik sisteminin inkişafında iştirakına ümid edirik

Rusiya Ermənistanın Avrasiyada vahid və bölünməz təhlükəsizlik sisteminin inkişafında iştirakına ümid edir.

“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “İzvestiya” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya erməni tərəfdaşlarının Avrasiya qitəsində bərabər və bölünməz təhlükəsizlik sisteminin yaradılması üzrə birgə səylərdə fəal iştirakına ümid edir.

“İdeya bu il iyunun 14-də Rusiya prezidenti Vladimir Putin tərəfindən irəli sürülüb. Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə və Kazanda keçirilən son BRİCS sammiti zamanı yenidən dilə gətirilib.

Ermənistanın təhlükəsizliyinin təmin edilməsi məsələlərindən danışarkən biz Rusiya-Ermənistan müttəfiq əməkdaşlığına, o cümlədən KTMT çərçivəsində müqayisə oluna bilən real alternativlərin olmadığı mövqeyinə sadiqik. Rusiya Ermənistanın təhlükəsizliyini həm ikitərəfli formatda, həm də KTMT vasitəsilə təmin etmək öhdəliyinə sadiq qalır”, – səfir qeyd edib.