Belarus prezidenti Aleksandr Lukaşenko Pakistana rəsmi səfər edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.
“İslamabadda Aleksandr Lukaşenko Pakistanın baş naziri Şahbaz Şəriflə danışıqlar aparacaq. Görüş nümayəndə heyətlərinin üzvlərinin iştirakı ilə geniş tərkibdə keçiriləcək. Səfər zamanı əsas diqqət qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinə yönəldiləcək, ticarət-iqtisadi qarşılıqlı fəaliyyətin inkişafı üçün praktiki addımlar vurğulanacaq. Danışıqların yekunu olaraq beynəlxalq sənədlər paketi imzalanacaq. Regional və qlobal təhlükəsizlik, inteqrasiya birliklərində qarşılıqlı fəaliyyət və beynəlxalq platformalarda birgə iş mövzusuna xüsusi diqqət yetiriləcək”, – məlumatda bildirilib.