“Livanda 2024-cü ilin noyabr ayından bəri İsrail və Hizbullah hərəkatı arasında gedən döyüşlərdə hər həftə təxminən 250 nəfər ölüb”.
“Füyuzat”ın məlumatına görə, bu barədə BMT-nin Livandakı Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) məlumat yayıb.
“Livan 1 milyondan çox insana təsir edən görünməmiş humanitar böhranla onilliklər ərzində ən yüksək ölüm reallığını yaşayır. Noyabrda hər həftə orta hesabla 250 nəfər ölüb, 2023-cü ilin oktyabrında eskalasiya başlayandan bu yana qurbanların sayı 3,7 minə çatıb”, – hesabatda bildirilib.