“Gürcüstanın NATO və Avropa İttifaqına (Aİ) üzv olması respublika üçün mühüm prioritet olaraq qalır”.
“Füyuzat”ın məlumatına görə, bunu Gürcüstanın xarici işlər naziri vəzifəsinə namizəd Maka Boçorişvili deyib.
“Gürcüstan Konstitusiyasının 78-ci maddəsinə uyğun olaraq, Gürcüstan geri dönməz Avro-Atlantik inteqrasiya yolunu davam etdirir”, – nazir əlavə edib.