Xəbərlər

Merkel: Çinlə iqtisadi əlaqələrin kəsilməsi fayda gətirməyəcək

“Avropa İttifaqının (Aİ) Çinlə bağlı tutarlı ümumi mövqe inkişaf etdirməsi son dərəcə vacibdir”.

“Füyuzat”ın məlumatına görə, bunu Almaniyanın keçmiş kansleri Angela Merkel “Le Point” jurnalına müsahibəsində deyib.

“Avropanın maraqları həmişə Amerikanın maraqları ilə üst-üstə düşmür. Birləşmiş Ştatlar da uzun müddətdir ki, Çinlə intensiv ticarəti davam etdirir. İndi Amerika və Çin bir-birindən uzaqlaşır, Avropa təzyiq altındadır. Avropa İttifaqı Çinlə öz maraqlarına cavab verən münasibətlərdə öz yolunu tapmağı bacarmalıdır”, – Merkel əlavə edib.