Xəbərlər

Çin XİN: Pekin Ukrayna münaqişəsi ilə bağlı nüvə risklərindən narahatdır

“Çin Ukrayna münaqişəsi ilə bağlı nüvə risklərindən narahatdır”.

“Füyuzat”ın məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mao Ninq deyib.

“Çin Ukrayna münaqişəsinin yaratdığı nüvə risklərindən çox narahatdır. Biz dəfələrlə demişik ki, nüvə silahından istifadə edilməməlidir və nüvə müharibəsi başlanmamalıdır”, – sözçü əlavə edib.

Diplomat bütün tərəfləri sakitliyi və təmkinliliyi qorumağa, strateji risklərin azaldılmasına yönəlmiş dialoq və məsləhətləşmələr vasitəsilə vəziyyətin nizamlanmasına birgə töhfə verməyə çağırıb.