“Yaponiya hökuməti Yaponiya-Rusiya münasibətlərindəki mövcud çətinliklərə baxmayaraq, Rusiya ilə ərazi problemini həll etmək və sülh müqaviləsi bağlamaq öhdəliyinə sadiqdir”.
“Füyuzat”ın məlumatına görə, bunu Yaponiyanın Baş naziri Şiqeru İşiba parlamentdə çıxışı zamanı deyib.
“Yaponiya-Rusiya münasibətləri çətin vəziyyətdədir, lakin ölkəmiz ərazi probleminin həlli və sülh müqaviləsinin bağlanması istiqamətində öz kursunu davam etdirəcək”, – İşiba əlavə edib.