Xəbərlər

Livan: Üzərimizə düşən öhdəlikləri yerinə yetirəcəyik

“Livan İsraillə atəşkəs razılaşması zamanı üzərinə düşən öhdəlikləri yerinə yetirəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu Livanın xarici işlər naziri Abdullah Buhabib deyib.

“Bütün Livan torpaqlarında İsrail işğalına son qoyulmaqla sabitlik və davamlı sülh əldə edilə bilər”, – nazir əlavə edib.

Buhabib, həmçinin İsrailin Qəzza zolağına hücumlarını dayandırmağa çağırıb.