İran prezidenti Məsud Pezeşkian yaxın vaxtlarda Rusiya lideri Vladimir Putinlə görüşəcəyini, Suriya böhranının həlli yollarını müzakirə edəcəklərini bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə İslam Respublikası hökumətinin mətbuat xidməti İran liderindən sitat gətirib.
“Yaxın vaxtlarda mənim Rusiya prezidenti ilə Suriyadakı vəziyyətlə bağlı görüşüm olacaq. Moskva və Tehran Suriyada vəziyyətin sabitləşməsi üçün əllərindən gələni edəcəklər”, – mətbuat xidmətindən bildirilib.