Xəbərlər

İsrail: Aİ ilə münasibətlərdə yeni səhifə açmaq istəyirik

“İsrail Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıqda yeni səhifə açmağa çalışır”.

“Füyuzat”ın məlumatına görə, bunu İsrailin xarici işlər naziri Gideon Saar Maltada ATƏT Xarici İşlər Nazirləri (XİN) Şurasının iclası ərəfəsində Aİ diplomatiyasının yeni rəhbəri Kaja Kallas ilə görüşündə deyib.

“Biz konstruktiv dialoqa və əməkdaşlığa əsaslanan Aİ ilə əlaqələrimizdə yeni səhifə açmağa çalışırıq. Mən İsrailin İrana və onun peyklərinə qarşı apardığı tarixi kampaniyadan danışdım, lakin bu, həm də bütün Qərb üçün vacib bir kampaniyadır”, – Saar əlavə edib.