Xəbərlər

Gürcüstanda müxalifət lideri 12 sutka həbs edilib

Tbilisi şəhər məhkəməsi müxalifət partiyası “Axali”nin lideri Nika Qvaramiyanı 12 sutka müddətinə inzibati həbs edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Gürcüstanın “Mtavari Arxi” telekanalı məlumat yayıb.

Məhkəmə Qvaramiyanı İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq və polisə tabe olmamaq maddələri ilə təqsirli bilib.

Qvaramiya dekabrın 4-də müxalifət partiyası olan “Droa”nın ofisi yaxınlığında davaya görə saxlanılıb, oradan hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişçilərin hüquq-mühafizə orqanlarına qarşı mitinqlərdə istifadə etdikləri pirotexniki və digər ləvazimatları götürüblər.