Xəbərlər

Saar və Lemmi Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

İsrailin xarici işlər naziri Gideon Saar və Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi dekabrın 8-i axşam telefonla Livan, Suriya və Qəzza zolağında baş verən hadisələr də daxil olmaqla, Yaxın Şərqdə pisləşən vəziyyəti müzakirə ediblər.

“Füyuzat”ın məlumatına görə, bu barədə Gideon Saar “X” səhifəsində paylaşım edib.

“Biz Suriyadakı dramatik hadisələri, onun azlıqlarını qorumaq zərurətini və indiki vəziyyətin İsrail üçün təhlükəsizlik baxımından risklərini müzakirə etdik. Biz həmçinin Livanda atəşkəs, Qəzzadakı vəziyyəti və girovlarla bağlı razılığın əldə olunması imkanları haqqında da danışıqlar apardıq. İsrail bölgədə güc və sabitliyin qalasıdır və belə də qalacaq”, – Saar bildirib.