“İsrail və HƏMAS hərəkatı bir neçə həftə ərzində Qəzza zolağında atəşkəs əldə etmək barədə razılığa gələ bilər”.
“Füyuzat”ın məlumatına görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
“İnanıram ki, yaxın bir neçə həftə ərzində Qəzzada atəşkəs əldə oluna bilər. İsrail və onun Baş naziri Benyamin Netanyahu HƏMAS-ı məhv etmək məqsədi ilə Qəzza zolağına hücum ediblər. Əgər HƏMAS ilə barışıq bağlasalar, məğlub olduqlarını etiraf edəcəklər”, – nazir əlavə edib.