Xəbərlər

ABŞ Mərkəzi Komandanlığının rəhbəri Livana səfər edib

ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Maykl Kurilla çərşənbə günü atəşkəs razılaşmasının həyata keçirilməsi ilə bağlı danışıqlar aparmaq məqsədilə Livana səfər edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Mərkəzi Komandanlığının “X” hesabında paylaşım edilib.

“General Maykl Kurilla dekabrın 11-də Beyruta səfər edib və Livan ordusunun komandanı Cozef Aun, həmçinin İsrail və Livan arasında atəşkəs sazişinə əməl olunmasına nəzarət mexanizminin həmsədri general-mayor Casper Ceffers ilə görüşüb”, – bəyanatda deyilir.

Görüş zamanı Suriyadakı təhlükəsizlik vəziyyəti, bunun regionda sabitliyə təsiri və Livan ordusu ilə ABŞ Mərkəzi Komandanlığı arasında hərbi tərəfdaşlığın qurulması tədbirləri müzakirə edilib.