“Qərbin sanksiyalarının Rusiya iqtisadiyyatına təsiri ilə bağlı proqnozlar özünü doğrultmadı”.
“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan çıxışı zamanı deyib.
“Mən hesab edirəm ki, sanksiyaların Rusiya iqtisadiyyatına təsiri ilə bağlı proqnozlar 2022-ci ildə gözlənilən vaxt çərçivəsində özünü doğrultmadı. Rusiya iqtisadiyyatı üçün xərclər zamanla artacaq”, – Sallivan bildirib.