Xəbərlər

Sallivan Trampla razılaşdı: Çinin Ukrayna münaqişəsinin həllində iştirakı məntiqlidir

“Amerikanın seçilmiş prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli prosesinə Çini cəlb etmək fikri məntiqlidir”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan şıxışı zamanı deyib.

“Çinin Ukraynada ədalətli sülhün bərqərar olması üçün hansısa yolla danışıqların iştirakçısı ola biləcəyi fikri məntiqlidir. Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və dünya siyasətində mühüm oyunçudur. Lakin Vaşinqton Çinin Avropa işlərində əsas vasitəçi olmasını istəməz”, – o vurğulayıb.