Xəbərlər

İran XİN: Suriyadakı vəziyyət sürpriz olmadı

“Suriyada baş verən hadisələr gözlənilməz olmadı, bu, xarici qüvvələrin, o cümlədən İsrailin hərəkətlərinin nəticəsi idi”.

“Füyuzat”ın məlumatına görə, bu fikri Livanın “Ən-Nahar” qəzetinə müsahibəsində İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

“Mediada hökm sürən əhval-ruhiyyənin əksinə olaraq, şəxsən mən Suriyada baş verənləri gözlənilməz hesab etmirdim. İlk baxışdan qəfil və sürətli görünən hadisələrin reallıqda öz mənşəyi və kökləri var idi, ən azı 10-12 il ərzində baş verənlərin nəticəsi idi”, – İran Xarici İşlər Nazirliyinin rəhbəri deyib.