Xəbərlər

ABŞ: General Kirillovun ölümündə iştirak etməmişik

“ABŞ-ın bu hadisələrdən xəbəri yoxdur və bu hadisələrdə iştirak etməyib”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Moskvada Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillovun bombalanması ilə bağlı sualı cavablandırarkən deyib.

“Mənim bu partlayışla bağlı heç bir fərziyyəm yoxdur. Sizə deyə bilərəm ki, Birləşmiş Ştatlar hadisələrdən xəbərsiz idi və iştirak etməmişdir. Heç bir təxminlərim də yoxdur. Və görünür, o, bir sıra vəhşiliklərdə iştirak edən general olub. Kirillov Ukrayna hərbçilərinə qarşı kimyəvi silahdan istifadədə də iştirak edib”, – Miller bildirib.