Xəbərlər

Dövlət Departamenti Gürcüstana qarşı yeni sanksiyalar elan edib

“Prezident Co Baydenin başçılıq etdiyi hazırkı Amerika administrasiyası səlahiyyət müddəti bitməmiş Gürcüstan hakimiyyətinə qarşı əlavə sanksiyalar tətbiq etmək niyyətindədir”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.

“Siz bizim reaksiyamızı necə sərtləşdirdiyimizi gördünüz və biz əlavə sanksiyalar da daxil olmaqla, daha sərt addımlara davam edəcəyik. Mən bu sanksiyaların mahiyyətinin nədən ibarət olacağını söyləməyəcəyəm, amma bəli, səlahiyyət müddətimiz bitməmiş, biz Gürcüstan hökumətinə qarşı əlavə sanksiyalar tətbiq edəcəyik”, – Miller əlavə edib.