“Ukrayna prinsipcə Ukraynanın xarici qoşunlarla gücləndirilməsi ideyasını dəstəkləyir, lakin hazırda müzakirə olunan detallar var”.
“Füyuzat”ın məlumatına görə, bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
“Biz Fransa prezidenti Emmanuel Makron ilə onun köhnə ideyasını müzakirə etdik. Prinsipcə Ukraynanın güclənməsi ideyasını dəstəkləyirik. Bu təfərrüatları müzakirə edirik, mən əminəm ki, Emmanuelin bəzi liderlərlə əlaqəsi var. Biz prosesin içindəyik, bu məsələdə bəzi liderlərdən müsbət rəylər gözləyirik. Xarici qüvvələr gətirilsə və ya NATO-ya dəvət edilsə belə, Ukrayna öz ordusunun sayını azaltmaq niyyətində deyil. Ən yaxşı zəmanət güclü ordudur”, – Zelenski qeyd edib.