Xəbərlər

Avropa Şurası və Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna dəyişiklikləri müzakirə edəcək

“Avropa Şurası Gürcüstan hakimiyyəti ilə birlikdə “Xarici təsirin şəffaflığı haqqında” qanuna ediləcək dəyişiklikləri müəyyən etmək üçün işçi qrupu yaradacaq”.

“Füyuzat”ın məlumatına görə, bunu Avropa Şurasının baş katibi Alen Berset deyib.

“Mən Gürcüstan hökumətinin “Xarici təsirin şəffaflığı haqqında” qanuna düzəlişlər ediləcəyi ilə bağlı verdiyi zəmanəti alqışlayıram. İndi Gürcüstandan və Avropa Şurasından, eləcə də Venesiya Komissiyasından olan ekspertlərdən ibarət işçi qrupu yaradacağıq”, – Berset bildirib.